"Roma"nın baş məşqçisi azarkeşlərdən kömək istədi

"Roma"nın baş məşqçisi azarkeşlərdən kömək istədi
Futbol
04 Dekabr 2017 - 04:00
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup raundunun son turunda "Qarabağ"ı sınağa çəkəcək "Roma"nın baş məşqçisi Eusebio Di Françesko açıqlama verib.

Mütəxəssis sosial şəbəkələrdə bu oyunun növbəti mərhələyə vəsiqə qazanmaq üçün mühüm olduğunu qeyd edərək, azarkeşləri köməyə çağırıb.

"Biz istərdik ki, qələbə qazanıb xüsusi qeyd edək. Komandamızın siz azarkeşlərin dəstəyinə böyük ehtiyacı var. Çempionlar Liqasında emosional yolu davam etdirmək üçün kömək vacibdir. Mən hamınızı stadionda görmək istəyirəm. Forza Roma!".

"Ansa" agentliyinin yaydığı xəbərə əsasən, "Stadio Olimpiko"da oyunu 30 mindən artıq azarkeş izləyəcək. İdman qurğusu 72 min tamaşaçı tutumuna malikdir.

Digər xəbərlər