"Qarabağ" Romada

"Qarabağ" Romada
Futbol
04 Dekabr 2017 - 00:09
Çempionlar Liqasının qrup mərhələsinin son oyununda "Roma" ilə qarşılaşacaq "Qarabağ" artıq İtaliyadadır. 

Supersport.Az-ın məlumatına görə, Ağdam təmsilçisinin çarter reysi ilə yollandığı təyyarə İtaliyanın paytaxtı Romaya, "Fiumicino" hava limanına təxminən 21:15-də eniş edib.

Sabah Ağdam klubu "Olimpiko"da məşqə çıxacaq.

Qeyd edək ki, “Roma” - “Qarabağ” matçı dekabrın 5-də, saat 23:45-də start götürəcək.

Digər xəbərlər