"Qarabağ" - "Çelsi": sorğu-sualın vaxtı açıqlandı

"Qarabağ" - "Çelsi": sorğu-sualın vaxtı açıqlandı
Futbol
20 Noyabr 2017 - 17:50
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun oyunları çərçivəsində baş tutacaq "Qarabağ" - "Çelsi" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb.


Noyabrın 21-də Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov saat 13:30-da Bakı Olimpiya Stadionunda media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 17:40-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.


"Çelsi"nin baş məşqçisi Antonio Konte isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İngiltərə təmsilçisinin son məşqi isə saat 15:00-da "Bakcell Arena"da baş tutacaq.

Digər xəbərlər