Taekvondoçularımız Çinə gedir

Taekvondoçularımız Çinə gedir
Digər, Taekvondo
19 Noyabr 2017 - 21:21


Azərbaycanın taekvondo üzrə milli komandası noyabrın 23-24-də Çində keçiriləcək "Grand Slam" beynəlxalq turnirində iştirak edəcək.

Dünya Taekvondo Federasiyasının yarış cədvəlinə uyğun olaraq, təşkil ediləcək turnirdə ölkəmiz səkkiz kişi taekvandoçu ilə təmsil olunacaq. Turnirə qatılacaq yığmanın heyəti artıq müəyyənləşdirib.

Çindəki lisenziya xarakterli yarışda kişilər arasında Qaşım Maqomedov (58 kq), Əli Məmmədov (58 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (80 kq), Ələskər Əliyev (68 kq), Ramin Əzizov (80 kq-dan yuxarı) və Payam Qobadi (80 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.

Beynəlxalq yarışa böyüklərdən ibarət komandamızın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Rəşad Əhmədov və eləcə də qadınlardan ibarət yığma komandanın baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə hazırlaşan taekvandoçularımız noyabrın 20-də Çinə yola düşəcəklər.

Yarışda qalib gələn idmançıların aktivlərinə reytinq xalları əlavə ediləcək.

Digər xəbərlər