Baştürk Terimdən şikayətləndi

Baştürk Terimdən şikayətləndi
Futbol
16 Noyabr 2017 - 19:34
Supersport.Az-ın məlumatına görə, Türkiyə yığmasının keçmiş futbolçusu Yıldıray Baştürk sabiq baş məşqçi Fatih Terimi tənqid edib.

Almaniyanın "Kicker" jurnalına açıqlamasında Baştürk, 2008-ci il Avropa çempionatının final mərhələsi ərəfəsində komandadan kənarlaşdırılmasının və zədələnməsinin futbol həyatında qırılma nöqtəsi olduğunu bildirib:

"Fatih Terim yığmaya dəvət olunmuşdum. 26 nəfərlik heyətdən üç futbolçu çıxarılacaqdı. Bunun mənə təsiri olmayacağına, komandaya faydalı olacağıma əmin idim. Terim, məni final mərhələsinə aparmayacağını deyəndə çox təəccübləndim və bundan sonra zədəli dönəm başladı. Buna görə "Ştuttqart"da yeni formamı bərpa edə bilmədim".

Təcrübəli mütəxəssis Klaus Toppmölleri çox bəyəndiyini deyən Yıldıray Baştürk, "Bayer" Leverkuzen klubunda çıxış edərkən alman çalışdırıcının böyük dəstək verdiyini söyləyib.

Futbolçu, "Qızıl top" (Ballon d'Or) mükafatında 9-cu yeri tutmasıyla bağlı sualı cavablandırıb:

"23 yaşındaydım və ən yaxşı formadaydım. Mükafat sıralamasında yer almaq əla hissdir".

Futbolun ardından əmlak sahəsində çalışdığını deyən Yıldıray Baştürk, bəzı oyunları stadionları izlədiyini qeyd edib.

Digər xəbərlər