"Neftçi İdman Klubu”nun üzvləri dünya çempionatında fərqləndi

"Neftçi İdman Klubu”nun üzvləri dünya çempionatında fərqləndi
Futbol
16 Noyabr 2017 - 00:02


Macarıstanın paytaxtı Budapeştdə kikboksun WAKO versiyası dünya çempionatı millimiz üçün uğurlu olub.

 

Supersport.Az xəbər verir ki, 64 ölkədən 800-dən çox idmançının qatıldığı yarışda Azərbaycan 15 nəfərlik heyətlə təmsil olunub. Yığmanın tərkibində “Neftçi İdman Klubu” 4 üzvü iştirak edib.

 

Fu-kontakt və lou-kik versiyasında çıxış edən klubun yetirmələri Camal Məmmədov və Çingiz Əhmədov (hər ikisi – 54 kq) bürünc medala sahibləniblər.

 

Çempionatda klubun məşqçi müəllimi, yarışın ədalət təmsilçisi kimi iştirak edən Elnur Alıyev “Ən yaxşı hakim” seçilərək “A+” dərəcəsi alıb.

 

Qarşıda kikboksçularımızı daha bir mühüm sınaq gözləyir. İdmançılarımız dekabrda Kiyevdə qitə çempionatında yenidən güclərini sınayacaqlar.

Digər xəbərlər