Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq

Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq
Futbol
14 Noyabr 2017 - 16:20
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası noyabrın 15-dən 20-dək Tbilisidə təlim-məşq toplanışında olacaq.

Supersport.Az AFFA-ya istinadla xəbər verir ki, millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.

Yoldaşlıq oyunlarının noyabrın 17-də və 19-da keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər