"Atleticosavar Karabağ" - "Atletikodöyən Qarabağ"

"Atleticosavar Karabağ" - "Atletikodöyən Qarabağ"
Futbol
02 Noyabr 2017 - 23:35
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrupunda iki oyunda uğurlu nəticə "Qarabağ"ın dünya mətbuatının gündəmini zəbt etməsinə səbəb olub.

Türkiyə mətbuatında komandanın Avropada meydan suladığı qabardılıb.

"Atleticosavar Karabağ" ("Atletikodöyən Qarabağ") başlıqlı yazıda qeyd olunub:

"Azərbaycan təmsilçisi ilk dəfə qatıldığı Çempionlar Liqasında ispan rəqibi "Atletiko" Madridə iki matçda boyun əymədi.

1993-cü ildə çempion oldu, sonra erməni ordusunun regionu işğal etməsiylə stadionu dağıdılan və Bakıya gələn "Qarabağ" Futbol Klubu, faciəli hekayəsini 24 il sonra Avropa meydanlarında elan edir. Qarabağın işğalı dövründə uşaq olan Qara Qarayevin yer aldığı komanda, ölkənin futbol əfsanəsi Qurban Qurbanovun rəhbərliyi altında adını Çempionlar Liqasına yazdırarkən bununla kifayətlənməyib, İspaniyanın "Atletiko" Madrid klubunun qarşısını kəsərək, həm Azərbaycan, həm də İspaniyada məğlubedilməz olaraq diqqətləri cəlb edib.

Baş məşqçi Qurban Qurbanovun 2008-ci ildən atdığı addımlarla komandanın bu uğuru Azərbaycan futbolu üçün ilkdir.

Qarabağ Azərbaycanda "Atletiko"yla 0-0, İspaniyada 1:1 oynamaqla hər oyunda 1 xal qazanıb.

"Qarabağ" azarkeşi, İspaniyada komandalarını tək qoymadı.

"Məcnun bilsəydi Qarabağ var, Leylini sevməzdi" pankartıyla da komandalarına sevgilərini göstərdi”.

"Qarabağ"ın qrup səddini də keçəcəyinə ümid edən klub rəsmisi Tahir Gözəlin açıqlamasına da yer ayrılıb:

"Ölüm qrupundayıq. Üçüncülük şansımız davam edir. Bəlkə ikinci də olarıq".

Azərbaycan klubuna həsr olunan bu yazı bir müddət əvvəl "Qarabağ"la azarkeşlərini təhqir edən və sonra üzr istəyən "Sabah" qəzetində verilib.

Digər xəbərlər