Ronald Kuman istefaya göndərildi

Ronald Kuman istefaya göndərildi
Futbol
23 Oktyabr 2017 - 21:19
İngiltərənin “Everton” komandasının baş məşqçisi Ronald Kuman istefaya göndərilib.

Supersport.Az-ın məlumatına görə, 54 yaşlı hollandiyalı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən kənarlaşdırılıb.

Premyer Liqanın IX turunda “Everton” oktyabrın 22-də evdə “Arsenal”a 2:5 hesabı ilə uduzduqdan sonra klubun rəhbərliyi radikal qərar qəbul etməli olub.

Kuman 2016-cı ilin iyununda “Everton”la 3 illik müqavilə bağlamışdı.

Digər xəbərlər