Ronaldodan növbəti xeyirxah addım

Ronaldodan növbəti xeyirxah addım
Futbol
22 Oktyabr 2017 - 00:11
Futbol üzrə Portuqaliya millisinin və İspaniyanın “Real Madrid” komandasının hücumçusu Kriştianu Ronaldo xeyirxah addımı ilə pərəstişkarlarını növbəti dəfə sevindirib.

Supersport.Az xarici KIV-lərə istinadla xəbər verir ki, xeyirxahlığı ilə tanınan ulduz futbolçunun ölkəsində baş vermiş yanğın nəticəsində xəsarət alan 300-dən çox şəxsin müalicə xərclərini ödədiyi məlum olub. K.Ronaldonun bacısı Katya Aveyru “Facebook” səhifəsində bu barədə yayılan xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Portuqaliyanın Pedroqau Qrande regionunda baş vermiş yanğın nəticəsində 62 nəfər həlak olub və xeyli sayda insan xəsarət alıb.

Digər xəbərlər