"Qarabağ"ın oyunu günü hava necə olacaq?

"Qarabağ"ın oyunu günü hava necə olacaq?
Futbol
17 Oktyabr 2017 - 18:54


"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atletiko"nu qəbul edəcəyi 18 oktyabra olan hava proqnozu açıqlanıb.

Supersport.Az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti açıqlama yayıb. Bildirilir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Digər xəbərlər