"Neftçi"nin qapıçısı geri qayıtdı - Foto

"Neftçi"nin qapıçısı geri qayıtdı - Foto
Futbol, Foto
17 Oktyabr 2017 - 18:52
"Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyənin İstanbul şəhərindəki "Acıbadəm Fulya” xəstəxanasında müalicə-bərpa prosesini başa vuraraq Bakıya qayıdıb.

 

Supersport.Az xəbər verir ki, “ağ-qaralar”ın düşərgəsinə qoşulan təcrübəli futbolçu bu gün fərdi məşqlərə başlayıb. Məlumatı klubun saytı yayıb.

 

Sentyabrın 15-də "Zirə”ylə oyunöncəsi məşqdə zədələnmiş Səlahət Ağayevin iki həftə sonra komandayla birgə məşqlərə başlayacağı gözlənilir.

Digər xəbərlər