Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Azərbaycan çempionatında növbəti oyunlar keçirilib
Digər, Həndbol
08 Oktyabr 2017 - 20:08
Oktyabrın 8-də həndbol üzrə ölkə birinciliyində növbəti oyunlar keçirilib.

Supersport.Az xəbər verir ki, ikinci yarış günü "ABU Arena"da iki qarşılaşma baş tutub. Kişi həndbolçular arasında mübarizədə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri ilə qarşılaşan "Təhsil" kollektivi 38:19 hesabı ilə qalib gəlib.

Qadın həndbolçuların yarışında isə "İdman Akademiyası" komandası "Gənclər Birliyi" klubundan minimal hesabla üstün olub - 27:26.

Digər xəbərlər