FİFA-dan Luçeskuya cəza

FİFA-dan Luçeskuya cəza
Futbol
03 Oktyabr 2017 - 19:36
Supersport.Az-ın məlumatına görə, dünya çempionatının seçmə mərhələsində İslandiya ilə qarşılaşacaq Türkiyə yığması ilə bağlı FİFA gözlənilməz qərar verib.

Beynəlxalq qurumun İntizam Komitəsi baş məşqçi Mirça Luçeskuya 1 oyun cəza kəsib.

Buna səbəb rumın mütəxəssisin Ukrayna - Türkiyə qarşılaşmasının baş hakimi David Fernandes Borbalana fasilədə epizodlar göstərməsi və oyundan sonra referini kəskin tənqid etməsi olub.

FİFA-ya bu qərarla bağlı etiraz hüququ olmayan Luçesku, qarşıdakı oyunda komandası ilə birgə olmayacaq və köməkçisi Tayfur Havutçu yığmanı meydana çıxaracaq.

İntizam Komitəsinin 19 şəxsi sırasında islandiyalı da var, ancaq türk yoxdur.

 

Digər xəbərlər