Meza Kolli: “Tərlan Əhmədov bizə özünəinamı qaytarıb” - Video

Meza Kolli: “Tərlan Əhmədov bizə özünəinamı qaytarıb” - Video
Futbol, Video
02 Oktyabr 2017 - 20:30
"İlk qələbəmizi qazandığımıza görə çox şadam. Son həftələr öz üzərimizdə çox çalışmışıq” - Supersport.Az xəbər verir ki, bu sözləri "Neftçi”nin futbolçusu Derlis Meza Kolli Topaz Premyer Liqasının 7-ci turunda "İnter” üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib.
Matçda "Neftçi”nin ilk qoluna imza atan 29 yaşlı paraqvaylı yarımmüdafiəçi "Neftçi TV”yə açıqlamasında bildirib ki, yeni baş məşqçi Tərlan Əhmədov komandaya özünəinamı qaytarıb:

 

"Yeni baş məşqçi bizdə özünəinamı qaytarıb. Bunun da komanda şəklində qalib gəlməyimizə köməyi dəydi. Əlbəttə, qələbəmizdə azarkeşlərin də böyük payı var. Komanda bir ailə olanda qələbə də olur”.

https://www.youtube.com/watch?time_continue=3&v=alFxl5zRck4

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər