"Barselona" hədələndi, iki şəxs istefa verdi

"Barselona" hədələndi, iki şəxs istefa verdi
Futbol, Foto
03 Oktyabr 2017 - 14:53


Supersport.Az-ın məlumatına görə, İspaniyadan ayrılmaq istəyən Kataloniyada baş verənlər futbola da təsir edib.

"Barselona" "Las Palmas"la oyunun təxirə salınmasına cəhd göstərsə də, istəyi alınmayıb. Kataloniyanın müstəqillik referendumuna qarşı çıxan İspaniya Futbol Federasiyası matçın keçirilməsini tələb edib. Azarkeşlərsiz baş tutan oyunda "Barsa" 3:0 hesablı qələbə qazanıb.
"Barselona"da idarə heyətinin iki üzvü komanda oyuna çıxdığı üçün istefa verib. Klub prezidenti Xosep Maria Bartomeu, federasiya və La Liqanın onları xal siləcəyi ilə hədələdiyini bildirib.

Təcrübəli futbolçu Jerard Pike göz yaşlarını saxlaya bilməyib.

 

Digər xəbərlər