Alberto Salomani: Azərbaycan yığmasının uğurlarını inkar etmək olmaz

Alberto Salomani: Azərbaycan yığmasının uğurlarını inkar etmək olmaz
Digər, Voleybol
23 Sentyabr 2017 - 13:51
Macarıstanın voleybol üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi Alberto Salomoni Avropa Çempionatında Azərbaycan komandası ilə matçdan sonra (bu görüş 3:0 hesabı ilə bizim yığmanın xeyrinə başa çatıb) AZƏRTAC-a müsahibə verib.

Baş məşqçi deyib: “Bizim yığmamız çox güclü rəqiblərlə eyni qrupa düşüb. Lakin Azərbaycan yığması ilə matçın birinci seti göstərdi ki, başqaları zəif oyun nümayiş etdirəndə bu fürsətdən istifadə etmək lazımdır. Hesab edirəm ki, bizim voleybolçular birinci setdə yaxşı oynadılar, amma təəssüf ki, uduzdular. Mənim fikrimcə, bizim fəal oyun nümayiş etdirmək təcrübəmiz azdır. Lakin Azərbaycan yığmasının uğurunu da inkar etmək olmaz, çünki bu komanda hər dəfə daha güclü oyun nümayiş etdirir. Azərbaycan yığmasını yaxşı tanıyıram, bu komanda həmişə təhlükəli rəqiblərdən biridir. Mənə məlumdur ki, Azərbaycan voleybolçuları Natalya Məmmədova və Polina Rəhimova dünyanın ən güclü oyunçularının siyahısına daxildir”.

Alberto Salomoni onu da qeyd edib ki, növbəti görüşdə Macarıstan komandasının rəqibi Polşa yığması olacaq. Macarıstan voleybolçuları həmin görüşdə rəqiblərə qalib gəlmək üçün müvafiq strategiya qurmağa çalışacaqlar.

Digər xəbərlər