Millimiz dünyada 4-cü, Avropada 1-cidir!

Millimiz dünyada 4-cü, Avropada 1-cidir!
Digər, Boks
03 Sentyabr 2017 - 14:47
Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatı başa çatıb.

Supersport.Az-ın məlumatına görə, 9 gün davam edən yarışın yekununa əsasən medal əldə edən ölkələrin də siyahısı açıqlanıb.

Mundialda 10 çəkidən 4-də təmsil olunan yığmamız 2 medal yiyələnib. Hesabına 1 qızıl və 1 bürünc mükafat yazan komandamız medal sıralamasına görə dünya çempionatını 4-cü pillədə başa vurub. Millimiz göstərdiyi nəticəyə görə Avropada isə hamını qabaqlayıb.

Ümumilikdə, 20 ölkə Hamburqda medala sahib olub. Onlardan cəmi 6-sı çempionluq sevinci yaşayıb.

Siyahıda birinci yeri Kuba yığması tutub. Amerika qitəsinin təmsilçisi 5 qızıl və 2 gümüş medal qazanıb. İlk “üçlük”də iki Asiya təmsilçisi də yer alıb. İkinci pillədə Özbəkistan (1 qızıl, 3 gümüş, 2 bürünc) qərarlaşdığı halda, üçüncü yeri Qazaxıstan (1 qızıl, 2 gümüş və 3 bürünc) tutub. Avropa yığmaları arasında ən yaxşı nəticəyə malik millimiz isə ümumi sıralamada 4-cü olub.

Qeyd edək ki, yığmamızın heyətində Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Kamran Şahsuvarlı (75 kq) bürünc medal qazanıb.

N Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Kuba 5 2 0 7
2 Özbəkistan 1 3 2 6
3 Qazaxıstan 1 2 3 6
4 AZƏRBAYCAN 1 0 1 2
5-6 Fransa 1 0 0 1
Ukrayna 1 0 0 1
7 ABŞ 0 1 2 3
8 Rusiya 0 1 1 2
9 İrlandiya 0 1 0 1
10-20 Avstraliya 0 0 1 1
Kamerun 0 0 1 1
Kolumbiya 0 0 1 1
Ekvador 0 0 1 1
İngiltərə 0 0 1 1
Gürcüstan 0 0 1 1
Almaniya 0 0 1 1
Hindistan 0 0 1 1
Ermənistan 0 0 1 1
Monqolustan 0 0 1 1
Cənubi Koreya 0 0 1 1
CƏMİ 20 10 10 20 40

Digər xəbərlər