Dünya çempionu Ramil Quliyev 3-cü oldu

Dünya çempionu Ramil Quliyev 3-cü oldu
Atletika, Digər
02 Sentyabr 2017 - 11:50
Supersport.Az-ın məlumatına görə, dünya çempionu Ramil Quliyev daha bir uğur qazanıb.

Türkiyəni təmsil edən azərbaycanlı atlet Brüsseldə keçirilən "Brilyant Liqa"nın final mərhələsində 200 metr məsafəni 20.02 saniyəyə qət edərək üçüncü olub.

Mövsüm ərzində Paris və Birmingemdə ilk sırada yer alan "Fənərbağça"nın idmançısı, Brüsseldə finalda mübarizə aparmaq hüququ qazanmışdı.

Son turinrdə amerikalılardan Noah Liles (20.01 saniyə) birinci, Amir Vebb (20.02) ikinci yeri tutub.

Xatırladaq ki, bu il Londonda dünya çempionatında Ramil Quliyev 200 metrə yarışda birinci olaraq Türkiyənin də atletika tarixinə düşüb.

 

Digər xəbərlər