"Qarabağ" PAOK-a 2 milyon avro təklif etdi

"Qarabağ" PAOK-a 2 milyon avro təklif etdi
Futbol, Eksklüziv
31 Avqust 2017 - 01:44
Supersport.Az-ın əldə etdiyi məlumata görə, PAOK-un futbolçusu Pedro Enrikenin "Qarabağ"a keçidiylə bağlı son qərar ləngiyib.

Dünən braziliyalı yarımmüdafiəçinin meneceri Salonikidə PAOK-un idman direktoru Lubos Miçellə görüşüb. Lakin 27 yaşlı futbolçunun gələcək karyerası ilə bağlı hələ ki, yekun qərar verilməyib. Görüş bir neçə saat davam edib, tərəflər razılığa gələ bilməyiblər.

Məlumata görə, Yunanıstan klubu futbolçunun transferi üçün 3 milyon avro istəyib. "Qarabağ"ın iki variant təklif etdiyi bildirilir. Beşqat Azərbaycan çempionu braziliyalı oyunçunun keçidini tam həll etmək üçün 2 milyon avro verməyə hazırdır. Bundan başqa, "Qarabağ" futbolçunu icarəyə götürməyə 500 min avro təklif edib. PAOK hələ ki, razılaşmayıb. Transfer məsələsinə bu gün son nöqtə qoyulacağı haqda məlumat verilib.

Braziliyalı futbolçu komandasının məşqində iştirak edib. Bu gün hazırlıq prosesi iki dəfə olacaq.

Xatırladaq ki, daha öncə "Sürix"də oynayan P.Enrike 2016-cı ildə "Renn"dən PAOK-a keçib. O, yunan klubunda 26 oyunda 6 qol vurub və 3 effektli ötürmə verib.

 

Digər xəbərlər