PAOK-un "Qarabağ"dan istədiyi məbləğ

PAOK-un "Qarabağ"dan istədiyi məbləğ
Futbol
30 Avqust 2017 - 16:07
Supersport.Az-ın məlumatına görə, PAOK-un futbolçusu Pedro Enrikenin "Qarabağ"a icarəyə veriləcəyi ilə bağlı yekun qərar bu gün veriləcək.

Yunanıstan mətbuatında braziliyalı yarımmüdafiəçinin menecerinin bu gün Salonikidə PAOK-un idman direktoru Lubos Miçellə görüşəcəyi xəbəri yer alıb. Bundan sonra 27 yaşlı futbolçunun gələcək karyerası ilə bağlı yekun qərar veriləcək. Məlumatda P.Enrikenin menecerinin PAOK-u futbolçunun "Qarabağ"a keçməyə razı salmağa çalışacağı vurğulanıb. Yunanıstan mətbuatına inansaq, klubu futbolçunun transferi üçün 3 milyon avro istəyib. "Qarabağ" isə 500 min avroya Enrikeni icarəyə götürmək istəyir.

Qeyd edək ki, daha öncə "Sürix"də oynayan P.Enrike 2016-cı ildə "Renn"dən PAOK-a keçib. O, yunan klubunda 26 oyunda 6 qol vurub və 3 effektli ötürmə verib.

Digər xəbərlər