Yeniyetmə taekvondoçumuzdan bürünc medal

Yeniyetmə taekvondoçumuzdan bürünc medal
Digər, Taekvondo
28 Avqust 2017 - 16:06
Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilən yeniyetmə taekvandoçular arasında dünya birinciliyi yekunlaşıb.

Supersport.Az xəbər verir ki, baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərlik etdiyi Azərbaycan yığması yarışı bir medalla başa vurub.

Komandamızın heyətində 37 kiloqram çəki dərəcəsində mübarizə aparan Riyad Şirəliyev fəxri kürsüyə yüksəlib. Yarımfinaladək irəliləyən idmançımız bu mərhələdə məğlub olaraq mundialda bürünc medalla kifayətlənib.

Digər xəbərlər