Arda "Barselona"dan ayrılır

Arda "Barselona"dan ayrılır
Futbol
27 Avqust 2017 - 12:10
Supersport.Az-ın məlumatına görə, Türkiyə yığmasının aparıcı üzvü Arda Turanın "Barselona"dan ayrılacağı bildirilir.

Baş məşqçi Valverde türk futbolçunu heyətdən kənarda qoyub.

Arda Turanla "Liverpul"la "Arsenal" maraqlanır.

"The Sun" qəzeti "Barselona"nın Ousmane Dembeleni heyətinə qatmasının ardından Ardanın komandadan ayrılacağının qətiləşdiyini qeyd edib.

Türk futbolçu Çindən gələn təklifi qəbul etməyərək, klubda qalmaq istədiyini bildirmişdi.

30 yaşlı Arda son iki mövsüm çıxış etdiyi "Barselona" forması ilə 55 oyuna çıxıb 15 qol vurub, 9 effektli ötürmə verib.

Digər xəbərlər