Türkiyə klubundan "Qarabağ"a təbrik

Türkiyə klubundan "Qarabağ"a təbrik
Futbol
24 Avqust 2017 - 12:15
Supersport.Az-ın məlumatına görə, Türkiyə klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdamın "Qarabağ" klubunu təbrik edib.

"İstanbul Başakşehir" Türkiyə klubunun sosial şəbəkələrdəki səhifələrində Ağdam təmsilçisinə təbrik statusları paylaşılıb.
Klubun "Facebook"dakı rəsmi səhifəsində yer alan təbrikdə qeyd olunub:

"Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, Qarabağ!" Səhifədə “Kopenhagen”-“Qarabağ” oyununda əllərində Azərbaycanın və qardaş Türkiyənin dövlət bayraqlarını tutan azarkeşlərimizin fotosu da yerləşdirilib.
"Qarabağ" komandası səfərdə Danimarkanın “Kopenhagen” komandasına 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk oyunda qazandığı minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

Digər xəbərlər