"Kopenhagen"in baş məşqçisi: "Qarabağ" favoritdir" fikrində qalıram"

"Kopenhagen"in baş məşqçisi: "Qarabağ" favoritdir" fikrində qalıram"
Futbol
22 Avqust 2017 - 16:36
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ı qəbul edəcək "Kopenhagen"in baş məşqçisi Stale Solbakken açıqlama verib.

Rəqib komandanın favorit olduğunu xatırladan mütəxəssis, qrupa düşmək üçün əllərindən gələni edəcəklərini bildirib.

"1-0 hesablı nəticəni xeyrimizə dəyişmək mümkünsüz deyil. "Vardar"la cavab oyununda "Kopenhagen" bunu bacararaq, tapşırığın öhdəsindən gəldi. Qitə yarışları çətindir. Avropa təcrübəsinə və ilk qarşılaşmanın nəticəsinə əsasən "Qarabağ"ı yenə favorit hesab edirəm".

Danimarka Superliqasının 6-cı turunda "Sönderyiski" 3:2 hesabıyla məğlub edən "Kopenhagen"in baş məşqçisi komandada vəziyyətin müsbət istiqamətdə dəyişdiyini vurğulayıb:

"Biz mövsümdə ən yaxşı oyunumuzu keçirdik. Futbolçular çox yaxşı çalışdılar, istər oyun, istərsə də əhval-ruhiyyə baxımından özlərini göstərə bildilər. Yaddan çıxarmayaq ki, Çempionlar Liqasının cavab matçını doğma divarlarda güclü azarkeş dəstəyində oynayacağıq. Buna görə də uğur qazanacağımıza ümid edirik".

 

 

Digər xəbərlər