"Neftçi"nin yeni baş məşqçisi bu mütəxəssis olacaq

"Neftçi"nin yeni baş məşqçisi bu mütəxəssis olacaq
Futbol, Eksklüziv
21 Avqust 2017 - 21:00
Bu həftə Premyer Liqanın 3-cü turunda "Kəpəz"lə keçiriləcək oyundan sonra "Neftçi"nin yeni baş məşqçisi təyin olunacaq.

Supersport.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifə yerli mütəxəssisə həvalə ediləcək.

"Neftçi"nin yeni baş məşqçisinin böyük ehtimalla Tərlan Əhmədov olacağı bildirilir. Bu şəxs "Xəzər Lənkəran"la "Neftçi"də məşqçi, AZAL-da baş məşqçi kimi çalışıb.

Xatırladaq ki, bu gün istefa verən klubun baş məşqçisi Elxan Abdullayev yola salınıb.

Digər xəbərlər