Ramil Quliyev "Brilyant liqa"da da birinci oldu

Ramil Quliyev "Brilyant liqa"da da birinci oldu
Atletika, Digər
20 Avqust 2017 - 22:06
Supersport.Az-ın məlumatına görə, Türkiyəni təmsil edən azərbaycanlı atlet İngiltərədə daha bir uğur qazanıb.

Birminhemdə keçirilən "Diamond League" (Brilyant liqa) yarışının 12-ci mərhələsində 200 metr məsafəyə qaçışda dünya çempionu Ramil Quliyev 20.17 saniyə nəticəylə birinci olub.

Amerikalı Amir Vebb (20.26 saniyə), kanadalı Aaron Broun (20.30 saniyə) üçüncü yeri tutub.

Xatırladaq ki, Ramil, Londonda keçirilən dünya çempionatında bu məsafəni 20.09 saniyə göstəriciylə qızıl medal qazanıb.

 

Digər xəbərlər