Avropa çempionatının biletləri satışa çıxarılıb

Avropa çempionatının biletləri satışa çıxarılıb
Digər, Voleybol
24 İyul 2017 - 18:07
Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanda keçiriləcək qadın voleybol komandaları arasında Avropa çempionatının biletləri iyulun 24-dən Bakıda satışa çıxarılıb.

Supersport.Az xəbər verir ki, biletlərin qiyməti 3-5 manat arasında dəyişir. Açılış matçı, yarımfinal və medallar uğrunda oyunların biletləri 5 manatdır. Bir nəfər ən çox 10 bilet ala bilər.

Biletləri 1, 2, 3, 4 saylı və Sumqayıt şəhər “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassalarından, Hökumət evinin yanından, “Azərbaycan” kinoteatrından, “Gənclik Mall” və “28 Mall” ticarət mərkəzlərində yerləşən “iTickets” köşklərindən əldə etmək olar.

Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi və on altı ölkənin mübarizə aparacağı qadın voleybol komandaları arasında Avropa çempionatının oyunları Bakıda, Göygöldə və Tbilisidə keçiriləcək. Qarşılaşmalar Bakıda Milli Gimnastik Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Digər xəbərlər