İki taekvondoçumuz yarımfinalda

İki taekvondoçumuz yarımfinalda
Digər, Taekvondo
30 İyun 2017 - 11:07
Supersport.Az-ın məlumatına görə, bu gün Cənubi Koreyada təşkil edilən dünya çempionatında bir idmançımız dayanq üzəriə çıxıb.

Kişilərin mübarizəsində -80 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Milad Beigi Hərçəqani artıq yarımfinala vəsiqə qazanıb. Milad qarşılaşdığı rəqibləri Nigerli Djibo Bagna Kadrı (30:9), yapon idmançı Hidenori Ebatanı (18:7), ispaniyalı Raul Garcia Martinezi (19:13) və Moises Hernandezi (Dominikan Respublikası) 6:4 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Komandamızın liderlərindən olan M.Hərçəqani həlledici mərhələyə vəsiqə uğrunda döyüşdə Moldova idmançısı Aaron Cookla qarşılaşacaq.

Xatırladaq ki, dünən komandamızın daha bir üzvü Məhəmməd Məmmədov yarımfinala adlayıb. -63 kq çəki dərəcəsində yarışan Məhəmməd Məmmədov bu gün yarımfinalda İran taekvondoçu Mirhashem Hosseini ilə döyüşəcək.

Digər xəbərlər