Şok: Olimpiya çempionumuz Toğrul Əsgərov ölkədən getdi

Şok: Olimpiya çempionumuz Toğrul Əsgərov ölkədən getdi
Digər, Güləş
30 İyun 2017 - 01:50

Supersport.Az-ın məlumatına görə, sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov Türkmənistan millisində çıxış edəcək.

Bu barədə 25 yaşlı pəhləvana məxsus "Facebook" səhifəsində paylaşım edilib. Xəbərdə "Azərbaycanda çox böyük itki: Toğrul Əsgərov artıq Türkmənistan komandasında çıxış edəcək" yazılıb.


İdmançının özü isə ikiqat dünya çempionu Hacı Əliyevlə birgə Türkmənistanda olduğunu bildirən şəkil paylaşıb. Üstəlik, Rio-2016-nın gümüş medalçısının Aşqabadda, Ahal bölgəsində otaqda Almaniya it cinsi olan fotosu da yer alıb. Son zamanlar bu 2 titullu pəhləvanın bir yerdə olması ilə bağlı söz-söhbətlər dolaşır və bütün məsələnin başında məhz olimpiya çempionunun dayandığı deyilir.


Qeyd edək ki, Toğrul Əsgərovun adı ötən ay Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb və 17 aprel 2018-ci ilədək cəzalandırılıb.


Digər xəbərlər