"Qarabağ" məşqlərin sayını artırır

"Qarabağ" məşqlərin sayını artırır
Futbol
26 İyun 2017 - 02:02
Supersport.Az-ın məlumatına görə, Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" 9-cu gününü tək məşqlə tamamlayıb.

Yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən hazırlıq meydanda baş tutub və təxminən 90 dəqiqə davam edib. SSKA-yla yoxlama matçında daha çox oyunda olan futbolçular ayrı, komandamızın digər futbolçuları isə ayrılıqda olmaqla iki qrup halında hazırlaşıb. İki futbolçu Riçard Almeyda və Dani Kintana isə fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib.

Qeyd edək ki, komandanın bugün üçün iki məşqi nəzərdə tutulub.

Digər xəbərlər