"Qəbələ"dən 6-cı transfer

"Qəbələ"dən 6-cı transfer
Futbol
24 İyun 2017 - 15:09
Supersport.Az-ın məlumatına görə, 2017/18 mövsümü üçün heyətini gücləndirməkdə davam edən "Qəbələ" daha bir transfer gerçəkləşdirib.

Bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonzales və Stiven Jozef-Monrozla anlaşan "qırmızı-qaralar" Dion Maloneni də heyətinə qatıb. Surinam əsilli niderlandlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Surinamda anadan olan 28 yaşlı sağ cinah müdafiəçisinin karyerası Niderland klubları ilə bağlı olub. "Omnivorld" klubunun yeniyetmə komandalarında çıxış edən Malone peşəkar karyerasına 2008-ci ildə başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında çıxış edib. 2010-cu ilədək "Omnivorld" adlanan klub sonradan adını dəyişərək "Almere Siti"yə çevrilib. Dion 2012-ci ildə digər Niderland klubu "Den Haaq"a keçib və 5 mövsüm bu klubun uğurları üçün çalışıb.

Digər xəbərlər