"Ronaldonun qiyməti 1 milyard avrodur, təklif yoxdur"

"Ronaldonun qiyməti 1 milyard avrodur, təklif yoxdur"
Futbol
20 İyun 2017 - 13:49
Supersport.Az-ın məlumatına görə, "Real Madrid"in 5-ci dəfə prezidenti seçilən Florentino Peres Kriştiano Ronaldonun ayrılacağı ilə bağlı xəbərə münasibət bildirib.

"Nə mən, nə də "Real Madrid"dən hər hansı biri onun ayrılacağına inanır. Konfederasiyalar Kubokundan sonra Ronaldo ilə danışacağam. Bunun ardından nə olacağını görəcəyik. Ronaldo "Real Madrid"in futbolçusudur və olmağa davam edəcək. Ronaldonun sərbəst qalması 1 milyard avrodur. Hələ ki, təklif yoxdur və onun ayrılacağını düşünmürəm".

Ronaldonun həm insan, həm də futbolçu kimi mükəmməl hesab edən Peres, bəzi mətbuat nümayəndələrinin onu vergidən yayınmaqda günahlandırmasını portuqaliyalını narahat etdiyini söyləyib.

"Ronaldo qazancı ilə bağlı heç nəyi gizlətməyib, gəlirlərini açıqlayıb. Uyğunsuzluq varmı? Bunu deyə bilmərəm. Bu məsələ məhkəmədə həll olunacaq. İndi onu ittiham etmək normal deyil".

 

Digər xəbərlər