"Qarabağ" Rusiya klubuyla bacarmadı

"Qarabağ" Rusiya klubuyla bacarmadı
Futbol
20 İyun 2017 - 21:00
Supersport.Az-ın məlumatına görə, Avstriyada Çempionlar Liqasına hazırlaşan "Qarabağ" ilk yoxlama oyununu bu gün Rusiyanın "Axmat" klubuna qarşı keçirib.

Kössen qəsəbəsində baş tutacaq qarşılaşmada beşqat Azərbaycan çempionu rəqibi ilə bacarmayıb.

19:00 "Qarabağ" - "Axmat" 0-1

Qol: Ravanelli 85

Qeyd edək ki, bir müddət öncə "Terek" klubu adını dəyişdərərək "Axmat" ("Əhməd") olub.

Rusiya komandası bundan əvbəl "Qəbələ"ni 1:0 hesabıyla məğlub edib.

Digər xəbərlər