"Qarabağ"a rəqib Rusiya klubu oldu

"Qarabağ"a rəqib Rusiya klubu oldu
Futbol
18 İyun 2017 - 20:06
Supersport.Az-ın məlumatına görə, Avstriyada Çempionlar Liqasına hazırlaşan "Qarabağ" ilk yoxlama oyununu Rusiyanın "Axmat" klubuna qarşı keçirəcək.

Kössen qəsəbəsində baş tutacaq matç iyunun 20-də yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 19:00) start götürəcək.

Qeyd edək ki, bir müddət öncə "Terek" klubu adını dəyişdərərək "Axmat" ("Əhməd") olub. Rusiya komandası bir müddət əvvəl "Qəbələ"ni 1:0 hesabıyla məğlub edib.

Digər xəbərlər