23 qat olimpiya çempionu köpək balığı ilə yarışacaq

23 qat olimpiya çempionu köpək balığı ilə yarışacaq
Digər, Üzgüçülük
17 İyun 2017 - 20:12
Supersport.Az-ın məlumatına görə, dünyanın ən titullu idmançısı bu dəfə köpək balığı ilə yarışacaq.

Amerikalı 23 qat olimpiya çempionu Maykl Felps belə qərar verib.

Ümumilikdə 28 medalı olan üzgüçü, şou xarakterli 23 iyulda keçiriləcək "Köpək balığı həftəsi"ndə mübarizə aparacaq.

"İçində böyük köpək balığı olan bir qəfəsə girdim. Hər zaman istədiyim arzunu reallaşdırdım" - deyə, Felps bildirib.

Karyerasında 39 dünya rekordu olan dünyanın məşhur idmançısı Felps saatda 10 km, köpək balığı isə 40 km sürətlə üzür.

Son olaraq 2016-cı il Rio Olimpiya Oyunlarında iştirak edən və 5 qızıl, 1 gümüş medal qazanan 31 yaşlı üzgüçü karyerasını başa vurub.

Digər xəbərlər