Ronaldo "Real Madrid"dən ayrılmaq istəyir: 180 milyon avroya satıla bilər

Ronaldo "Real Madrid"dən ayrılmaq istəyir: 180 milyon avroya satıla bilər
Futbol
17 İyun 2017 - 02:01
Supersport.Az-ın məlumatına görə, mövsümü "Real Madrid"lə İspaniya çempionu və Çempionlar Liqasının qalibi kimi başa vuran Kriştiano Ronaldonun komandadan getmək istədiyi iddiası ortaya atılıb.

Vergidən yayınmaqda ittiham olunan ulduz futbolçunun məhkəmə qarşısına çıxacağından qəzəblənməsi və klub rəhbəri Florentino Peresə fikrini çatdırdığı bildirilir. Ronaldo gedəcəyi təqdirdə, 180 milyon avroya satılacağı bildirilir.

Bu haqda Portuqaliyanın "A Bola" qəzeti məlumat yayıb. Xəbəri İspaniya klubuna yaxın olan "Marca" da təsdiq edib.

"Real Madrid" rəsmilərinin portuqaliyalı futbolçunu sakitləşdirməyə çalışdığı qeyd olunub.

Qeyd edək Ronaldo 2011-14-cü illərdə gəlirlərini az göstərərək, 14.7 milyon avronu vergidən yayındırmaqda günahlandırılır.

Digər xəbərlər