Supersport.Az-ın məlumatına görə, “Neftçi” klubunda daha istefa olub.
Bu dəfə qapıçılar üzrə məşqçi Dmitri Kramarenko komandadan ayrılıb.
Bundan sonra bu vəzifəni Rauf Salamov yerinə yetirəcək. 49 yaşlı məşqçi 1994-1996, 1998-1999-cu illərdə “Neftçi”də çıxış edib. Salamov bu müddət ərzində ölkə çempionatının (1996), kubokunun (1995, 1996) və Superkubokunun (1995) qalibi olub.
Qeyd edək ki, onun son iş yeri AZAL klubu olub.