Braziliyadan sonra İran...

Braziliyadan sonra İran...
Futbol
13 İyun 2017 - 01:45
Supersport.Az-ın məlumatına görə, Dünya Kubokunun final mərhələsinə Braziliyadan sonra vəsiqə qazanan İran yığması olub.

Asiya seçmə mərhələsinin "A" qrupunda olan cənub qonşumuzun komandası Özbəkistana 2 qolla qalib gəlib.

Tehranın "Azadi" stadionunda keçirilən oyunda Sərdar Azmun (23) və Mehdi Taremi (88) qolları vurub.

Qeyd edək ki, qrupda 8 oyundan 20 xal toplayıb qapısında qol görməyən İran, Rusiyada keçiriləcək Dünya Kubokuna Braziliyanın ardından vəsiqəni təmin edən ikinci komandadır.

Digər xəbərlər