Messinin qiyməti 300 milyon avroya çatacaq

Messinin qiyməti 300 milyon avroya çatacaq
Futbol
12 İyun 2017 - 14:38
Supersport.Az-ın məlumatına görə, "Barselona" ulduz futbolçu Lionel Messinin müqaviləsini artıracaq.

Klub rəhbərliyi kontraktın müddətini 2021-ci ilədək uzatmaq niyyətindədir.

Bu istək gerçəkləşsə, Messi illik 30 milyon avro qazanacaq. Sərbəst qalmaq məbləği 300 milyon təşkil edəcək.

24 iyunda 30 yaşı tamam olacaq Messi 30 iyunda Rosarioda Antonella ilə ailə həyatı quracaq.

 

 

Digər xəbərlər