Anatoli Banişevskinin adını daşıyan mükafatı gürcü futbolçu aldı

Anatoli Banişevskinin adını daşıyan mükafatı gürcü futbolçu aldı
Futbol
12 İyun 2017 - 11:01
Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin U-14 komandasının iştirak etdiyi "Caspian Cup-2017" beynəlxalq turniri daha iki əlamətdar hadisə ilə yadda qalıb.

Rusiyanın Mahaçqala şəhərində təşkil olunmuş yarışın ən yaxşı futbolçusuna "Neftçi"nin əfsanəvi hücumçusu Anatoli Banişevskinin adını daşıyan mükafat təqdim olunub. Bu şərəfə Tbilisi "Dinamo"sunun üzvü Georgi Abuaşvili layiq görülüb. "Neftçi"nin futbolçusu Mirəli Əhmədov isə turnirin ən yaxşı müdafiəçisi seçilib. Əhmədov Aleksandr Çivadzenin adını daşıyan mükafata sahib çıxıb.

Digər xəbərlər