TFF prezidenti: "Xainləri qovduq, Arda Turan səhv etdi"

TFF prezidenti: "Xainləri qovduq, Arda Turan səhv etdi"
Maqazin, Futbol
10 İyun 2017 - 15:07
Supersport.Az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası prezidenti Yıldırım Dəmirörən qurumun toplantısında bir sıra sərt fikirlər bildirib.

Xainlərin federasiyadan qovulduğunu deyən TFF başçısı,həmçinin jurnalistə hücum edən Arda Turanı tənqid edib:

"UEFA qaranlıq bir kabus kimi üzərimizə çökmüşdü. FETÖ-nun xain hücumuna qarşı mübarizə apardıq: başda Əziz Yıldırım, "Fənərbağça", "Beşiktaş" və digər klublarla. Türk futbolunda yaxşı mənada inqilablar etdik. Maddi cəhətdən də tarixin ən yaxşı dönəmini yaşayırıq.

"Son günler yenə eyni oyunlar nümayiş etdirməyə çalışırlar. Milli komanda üzərindən federasiya yüklənir. Ötən il media millimizə qarşı insafsızca davrandı. Kapitan Arda bir səhv edib. Bunu ona mədəni yollarla göstərmək lazımdır. O bir dünya markasıdır, asan yetşməz. Ardanın mənim kimi referendum müddətində dəstəyinin də bu olayda təsirli olduğunu bilirəm. Hörmətli prezidentimiz dediyi kimi "Başqa vətənimiz yoxdur. Bir olaq, birləşək.

Federasiya şou yeri deyil. Qurum üzvlərini 15 iyuldan sonra seçdik, xainləri təmizlədik. Talişka, Volkan Babacan və buunu kimi qərarlar bizim vicdanı narahat edib. Yenilər də ədalətli davransın. Hər kəsi vicdanının səsini dinləməyə dəvət edirəm".

Digər xəbərlər