İspan fanatın oğurlanan 40 illik barabanı tapıldı

İspan fanatın oğurlanan 40 illik barabanı tapıldı
Futbol
10 İyun 2017 - 12:18
Supersport.Az-ın məlumatına görə, İspaniya Silahlı Qüvvələri azarkeşin barabanını tapıb.

İspaniya yığmasının 40 ildən artıq fanatı olan Manolonun Mursiya şəhərinin "Nueva Condomina" stadionunda keçirilən İspaniya - Kolombiya oyununda davulu oğurlanmışdı. Bundan dərhal sonra axtarışa başlayan polis və əsgərlər 68 yaşlı azarkeşi sevindirib.

İspaniya Silahlı Qüvvələri , bu barədə "Twitter" hesabından açıqlama yayıb:

"Sevimli Manolo, İspaniya Silahlı Qüvvələri barabanını tapıb. Milli komandanı yenidən dəstəkləyəcəyinə inanırıq".

Davulun avtomobilindən oğurlandığını bildirən Manolo, "Onunla çox xoş anlarımız olub. İspaniya milli komandası üçün bütün dünyanı gəzdik. Baraban oğurlananda çox məyus olmuşdum", deyib.

Digər xəbərlər