Voleybol millimiz dünya çempionatına vəsiqə qazandı

Voleybol millimiz dünya çempionatına vəsiqə qazandı
Digər, Voleybol
03 İyun 2017 - 19:06


Qadın voleybolçular arasında 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Bakıda təşkil olunan E qrupunda son turun oyunları keçirilib.

Supersport.Az-ın məlumatına görə, Azərbaycan millisi Yaponiyada baş tutacaq mundiala yeganə vəsiqə uğrunda görüşdə Hollandiya ilə üz-üzə gəlib. Qarşılaşma milli komandamızın qələbəsi ilə başa çatıb - 3:0.

Azərbaycan – Hollandiya - 3:0 (30:28, 25:22, 25:13).

Azərbaycan millisi bu qələbə sayəsində tarixində 4-cü dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Digər xəbərlər