"Beşiktaş" çempionluq kubokuna qovuşdu - Foto

"Beşiktaş" çempionluq kubokuna qovuşdu - Foto
Futbol, Foto
03 İyun 2017 - 21:41


Supersport.Az-ın məlumatına görə, mövsümün son turunda "Osmanlıspor"a dərs keçən "Beşiktaş" çempionluq kubokuna qovuşub.

Çempion komanda rəqibini 4 qolla məğlub edərək 23-cü qələbəsini qazanıb, xalını 77-yə çatdırıb.

15 dəfə ölkə çempionu qarşılaşmaya üç ulduzlu formada çıxıb.

"Vodafone arena"da 100-cü Toşiç vurub.

Matçı Türkiyənin 11-ci prezidenti Abdullah Gül də izləyib.

"Beşiktaş"lı Cenk Tosun son oyunda iki qol vurmaqla superliqada ümumilikdə 20 dəfə fərqlənib.

"Aytemiz Alanyaspor"lu Vaqner Lav 23 qolla çempionatın ən məhsuldar futbolçusu olub.

 

 

Digər xəbərlər