Avropa çempionatında tam heyətlə

Avropa çempionatında tam heyətlə
Digər, Boks
03 İyun 2017 - 14:42
Supersport.Az-ın məlumatına görə, kişi boksçulardan ibarət Azərbaycan milli komandasının iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib.

Doqquz gün davam edəcək yarışda ölkəmiz tam heyətlə təmsil olunacaq.

Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi yığmamızdan qitə çempionatında 10 boksçu mübarizə aparacaq.

Heyətdə Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yer alıblar.

Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını iyunun 3-də başa vuracaq yığmamız hazırlığın son mərhələsini Xarkovda keçəcək. Boksçularımız Ukraynaya iyunun 4-də yollanacaqlar.

Digər xəbərlər