"Qarabağ" Nikola Çitro ilə maraqlanır"

"Qarabağ" Nikola Çitro ilə maraqlanır"
Futbol
27 May 2017 - 15:03
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın müqavilə təklif etdiyi iddia edilən "Trapani"nin hücumçusu Nikola Çitronun agenti Alberto Berqossi açıqlama verib.

Agent futbolçuyla Azərbaycan klubunun maraqlandığını təsdiq edib:

"Çitroya Azərbaycandan təklif gəldiyini təsdiq edirəm. "Qarabağ" Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək. Yanvar ayında dostum Massimo Fikkadentinin çalışdırdığı Yaponiyanın "Saqan Tosu" klubundan da maraq var idi. Fikkadentinin mənə zəng vuraraq Çitronu istəməsinə heyran qalmışdım. Nikola isə bu təklifdən sonra yerində donub qalmışdı. B Seriyasında yaxşı pul qazanırdı. "Trapani" hazırda C Seriyasına düşüb. Bu isə planlara daxil deyil. Qərarımızı verəcəyik".

Qeyd edək ki, İtaliya mətbuatı "Qarabağ"ın 27 yaşlı Çitroya 3 illik müqavilə üçün 900 min avro təklif etdiyi xəbərini verib.

Digər xəbərlər