"Neftçi"də yeni təyinat

"Neftçi"də yeni təyinat
Futbol
27 May 2017 - 14:37
Supersport.Az-ın məlumatına görə, "Neftçi" növbəti mövsümə tam fərqli heyətlə başlayacaq. Paytaxt klubu ciddi islahatlar apararaq, kadr seçimi edir.

Bir müddət əvvəl bir neçə şəxs işdən kənarlaşdırılıb. Veteran futbolçu Səmədağa Şıxlarov və aşağı yaş qrupundan olan komandaların inzibatçıları bu sırada idi.

Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov daha öncə istefaya göndərilmişdi.

"Neftçi"yə gətirilən yeni kadrlar iyunun 1-dən fəaliyyətə başlayacaq.

AZAL-ın sabiq meneceri Eldəniz Yusifov uşaq komandalarının koordinatoru, digər həmkarımız Rüstəm Əfsərli isə mətbuat xidmətinin rəhbəri kimi çalışacaq.

Digər xəbərlər