Boksçular Avropa çempionatına hazırlaşır

Boksçular Avropa çempionatına hazırlaşır
Digər, Boks
27 May 2017 - 13:17
Supersport.Az-ın məlumatına görə, iki gündür kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçirir.

Hazırlıq iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb.

Boks Mərkəzində gündə 2 dəfə olacaq məşqlərdə 25 boksçu iştirak edir. Bakıda başlayan toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və komanda iyunun 4-də Ukraynaya yola düşəcək.

Boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq.

Digər xəbərlər