Eksklüziv: "Qarabağ"ın Çempionlar Liqası planı

Eksklüziv: "Qarabağ"ın Çempionlar Liqası planı
Futbol, Eksklüziv
24 May 2017 - 13:54
Supersport.Az-a "Qarabağ"ın Çempionlar Liqasına hazırlıq planı məlum olub.

Beşqat ölkə çempionu, mayın 5-də altıncı dəfə ölkə kubokunu qazandıqdan sonra istirahətə yollanıb.

Qurban Qurbanovun komandası iyunun 1-də Bakıda toplaşmağı planlaşdırıb.

İki həftə ölkədə hazırlıq keçəcək "Qarabağ", Çempionlar Liqasına təlim-məşqi bu dəfə də Avstriyada davam etdirəcək. Beşqat Azərbaycan çempionu bu ölkədə yoxlama oyunları keçirib, heyətinə 4-5 legioner futbolçu cəlb etməyi nəzərdə tutub.

Digər xəbərlər